Məxfilik Siyasəti

“SAĞLIKÇI” MMC TƏRƏFİNDƏN

Bu Məxfilik Siyasəti, Qaydalar & Şərtlərlə birlikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş hüquqi şəxs olan “SAĞLIKÇI” MMC-nin (VÖEN:2007347931) (bundan sonra “biz”) “Sağlıkçı” adlı mobil tətbiqimizi elektron cihazlarınıza yüklədiyiniz, quraşdırdığınız və istifadə etdiyiniz zaman istifadəçi məlumatının (bundan sonra “siz”) tərəfimizdən necə toplandığı, istifadə edildiyi və açıqlandığı barədə həyata keçirdiyi prosedur və siyasətləri izah edir (bundan sonra “xidmətlər”).

Qeydiyyat prosesi zamanı müvafiq yeri işarələməklə siz bu Məxfilik Siyasətinə razılıq vermiş olursunuz.

Sizin təhlükəsizliyiniz və məxfiliyiniz bizim üçün son dərəcə vacib olduğundan, biz məlumatların məxfiliyinin qorunması ilə bağlı Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, № 998-IIIQ Qanununa uyğun olaraq fəaliyyət göstəririk.

Şəxsi məlumatlarınızı niyə emal edirik və kim məsuliyyəti daşıyır?

“SAĞLIKÇI” MMC “SAĞLIKÇI” mobil tətbiqinə nəzarətçi və cavabdehdir. Biz məlumatlarınızı qanunsuz və ya təsadüfi müdaxilələrdən qorumaq, məlumatlarınızın itirilməsinin və ya icazəsiz dəyişdirilməsinin qarşısını almaq və məlumatlarınızı yalnız bu Məxfilik Siyasətində göstərilən qaydalara uyğun olaraq həkimlərlə bölüşmək üçün bütün mümkün təşkilati və texniki tədbirləri görürük.

Platforma vasitəsilə həkimlərlə qurduğunuz qarşılıqlı əlaqə və bu əlaqədən irəli gələ biləcək nəticələrə görə bütün məsuliyyət istifadəçi olaraq Sizə aiddir. Biz sizin şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün toplayır və emal edirik:

Biz hansı şəxsi məlumatları toplayırıq?

“Şəxsi məlumatlar” – şəxsiyyəti müəyyən etməyə imkan verən istənilən məlumatdır. Bizə təqdim etdiyiniz:

Məlumatlar harada və necə saxlanılır?

Bütün məlumatlar Avropada və Azərbaycanda təhlükəsiz serverlərdə saxlanılır. Server–cihaz trafik Let’s Encrypt ilə tam şifrələnir. Kredit kartı məlumatları Payriff tərəfindən saxlanır. Həkimlə mesajlaşmalarımıza çıxış yoxdur.

Şəxsi məlumatlarınızı kimlərlə paylaşırıq?

Hüquqlarınız

Uşaqların məxfiliyi

Xidmətimiz 18 yaşdan aşağılar üçün nəzərdə tutulmayıb. Valideyn/qəyyum razılığı ilə məlumatlar işlənə bilər.

Məxfilik Siyasətinə dəyişikliklər

Siyasəti istənilən vaxt xəbərdarlıq etmədən dəyişdirmək hüququmuz var. Dəyişikliklər tətbiqə növbəti girişiniz zamanı bildiriləcək.